16 Oktyabr 2014 20:25
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Kimya Sənaye Parkına (SKSP) investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu məqsədlə “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və beynəlxalq tədbirlərdə təqdimatlar təşkil edilir, ikitərəfli danışıqlar aparılır. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində Almaniyanın polivinilxlorid (PVX) istehsalı sahəsində ixtisaslaşmış “Vinnolit GmbH & Co.Kg” şirkəti ilə görüş keçirilib. Görüşdə “Vinnolit GmbH & Co.Kg” ilə Sumqayıt Kimya Sənaye Parkı arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş zamanı Sumqayıt Kimya Sənaye Parkının təqdimatı keçirilib və 3D formatlı videoçarx nümayiş etdirilib. Qonaqlara rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, mərkəzi ofisi Almaniyanın Münhen şəhərində yerləşən şirkət PVX istehsalı ilə yanaşı, soda, vinil xlorid kimi aralıq məhsullarının əsas istehsalçı və tədhizatçılarındandır.

Naibə


Müəllif:

Oxşar xəbərlər