23 Oktyabr 2020 13:32
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv(OPEC+) ölkələri tərəfindən tətbiq olunan neft hasilatının azaldılmasına dair məhdudiyyətin müddətini uzada biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Putin bu mərhələdə heç bir şeyi dəyişməyə ehtiyac olmadığına inandığını deyib:

“Bununla birlikdə mövcud istehsal məhdudiyyətlərini qoruya biləcəyimizi və əvvəllər etməyi düşündüyümüz kimi hasilatı qısa müddətdə artırmayacağımızı da istisna etmirik. Hətta lazım gələrsə, istehsal ixtisarlarında artırmaya da gedə bilərik”.

Putin ABŞ və Səudiyyə Ərəbistanı ilə neft bazarları barədə daimi danışıqlar apardığını bildirib.


Müəllif: Yeganə Oqtayqızı