Dünya neft bazarına liderlik edən “Brent” markalı neftin bir barel qiyməti 50 dolları keçib.
Teleqraf.com xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 2,66 faiz bahalaşaraq 50,16 ABŞ dollarından satılıb.
Bu da cari il mart ayından sonra həmin markalı neftin ilk dəfə olaraq 50 ABŞ dollarlıq psixoloji həddi keçməsi deməkdir.