“Rosneft” Dövlət Neft Şirkətinin prezidenti İqor Seçin Azərbaycana işgüzar səfərə gəlib.
“APA-Economics”in xəbərinə görə, bu barədə “Rosneft”in informasiya siyasəti idarəsi məlumat yayıb.
Səfər çərçivəsində İ. Seçin Azərbaycan Dövlət Neft Şİrkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Tərəflər Rusiya və Azərbaycan ərazisində neftin hasilatı və emalı sahəsində birgə layihələrin reallaşdırılması məsələsini müzakirə ediblər.
Səfər çərçivəsində “Rosneft”in rəhbəri Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb. Azərbaycan prezidenti “Rosneft” və ARDNŞ arasında əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib. Dövlət başçısı hər iki tərəfin gələcəkdə bu əməkdaşlığı intensivləşdirəcəyinə ümidvar olduğunu bildirib.