24 Dekabr 2020 18:25
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Büdcə ilə bağlı publik müzakirələrdə işğaldan azad edilmiş ərazilərin bərpasının büdcə xərclərini artırması və hökumət artan xərcləri qarşılamaq üçün manatı ucuzlaşdıracaq kimi rəylər səsləndirilir. Bu, yanlış məlumatdır, ən azından bərpa nəticəsində büdcə xərcləri artmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

O bildirib ki, bərpa xərcləri investisiyaların tərkibində nəzərdə tutulub: “İnvestisiya xərclərinin həcmində isə ciddi dəyişiklik yoxdur, 2020-2021-ci ildə təxminən 5 milyard manat ətrafındadır. Sadəcə hökumət digər ərazilərdə investisiya layihələrini yarıbayarı azaldaraq investisiya xərclərinin xeyli hissəsini bərpa ərazilərinə yönəldir.

Ümumiyyətlə, gözləntilərin əksinə olaraq büdcə xərcləri kəskin (ən azındandan 15-20%) artmadı, cəmi 3.8 faiz və ya təxminən 1 milyard manat artdı. Bu artım da əsasən 2 istiqamətə - müdafiə xərclərinin və pensiya-müavinət xərclərinin artımına gedir”.


Müəllif: Yeganə Oqtayqızı