Soros Fondu elektrik avtomobili batareyası şirkətinə investisiya yatırıb.
Teleqraf.com xəbər verir ki, milyarder investor Corc Sorosun Fondunun “DraftKings” idman mərc şirkətinin səhmlərini satarkən texnologiya şirkətlərinə yatırımlarını artırması diqqət çəkib.
Şirkət 280 milyon dollarlıq ən yeni investisiyanı elektrik avtomobili batareya istehsalçısı “Quantum Scape Corp”a yatırıb.
Son rübdə şirkətin ixtiyarında olan ABŞ səhmləri əvvəlki rübə görə 886 milyon dollar artaraq 4.6 milyard dollara çatıb.