9 Mart 2021 22:09
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri 20 manatdan 100 manata qaldırılıb.

Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bununla yanaşı, Azərbaycanda qəlyan üçün hazırlanan tütünlərin aksiz vergisinə cəlb edilməsi təklif olunaraq hər kiloqrama görə 30 manat müəyyən edilib.

Qeyd edək ki, indiyədək qəlyan üçün tütünlər aksiz vergisindən azad idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər