30 Oktyabr 2014 04:07
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Avropa İnvestisiya Bankı birlikdə 4 infrastruktur layihəsi reallaşdırmaq niyyətindədir. "Urenqoy-Pomarı-Ujqorod" magistral qaz kəmərinin texniki cəhətdən yenidən təchiz olunması da daxil olmaqla, sözügedən layihələrin icrasına, ümumilikdə, 850 milyon avro ayrılıb.

Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq anlaşma Ukraynada AİB nümayəndəliyinin başçısı Lidiya Çernyavskaya ilə nazir müavini İqor Veremiya arasında aparılan danışıqlar nəticəsində əldə olunub.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, danışıqlarda energetika və bələdiyyə infrastrukturunun müasirləşdirməsinə yönəldilmiş dörd layihənin gerçəkləşdirilməsinə ilkin hazırlıq məsələləri müzakirə edilib. Xatırladaq ki, bir müddət əvvəl AİB-in təmsilçiləri Ukraynaya mərhələli şəkildə 3 milyard avro investisiyanın ayrılacağını bildirmişdilər. Hazırda bank tərəfindən dövlət sektorunda təklif olunan 9 layihədən 7-nin maliyyələşdirilməsi imkanları nəzərdən keçirilir.

Nail Cəlil


Müəllif: