Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
Fonddan Teleqraf.com-a bildirilib ki, bu ilin yanvar-aprel aylarında “AÇG” yataqlar blokundan əldə edilən gəlirlər 1 milyard 437 milyon ABŞ dolları olub.
Hesabat dövründə “Şahdəniz” yatağı üzrə kondensatın satışından 42,352 milyon ABŞ dolları gəlir əldə edilib.
Qeyd edək ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) Fondun “AÇG” blokundan əldə etdiyi gəlirləri 3 milyard 522 milyon 700 min ABŞ dolları təşkil edib.