Bu ilin yanvar-may aylarında Azərbaycan 1,976 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, builki idxal ötən ilin eyni dövrü ilə müqayisədə 448 min ABŞ dolları (18,5 %) azdır.
Beş ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 129,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 68,4 milyon ABŞ dolları (2,1 dəfə) çoxdur.
Hesabat dövründə pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 0,04 %-ni, ixrac isə ümumi ixracın 1,74 %-ni təşkil edib.