2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 25,2 faiz artaraq 90,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, gəlirlərin 61,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,3 faizi ictimai iaşə xidmətlərindən, 2,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2021-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 9,0 faiz səviyyəsində olmuşdur (2020-ci ilin yanvar-iyun aylarında 7,6 faiz). Bu göstərici Şabranda 47,1 faiz, Beyləqanda 23,4 faiz, Lənkəranda 17,6 faiz, Naftalanda 17,1 faiz, Şəmkirdə 16,3 faiz, Qubada 15,2 faiz, Qəbələdə 13,7 faiz, Bərdədə 12,8 faiz, Cəlilabadda 12,8 faiz, Bakıda 11,9 faiz, Ağcabədidə 11,6 faiz, Qusarda 11,6 faiz, Şamaxıda 10,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.