İspaniyada “Santander” Bankı İngiltərədəki 75 min hesaba səhvən 130 milyon funt-sterlinq yatırıb.
Teleqraf.com xəbər verir ki, bank açıqlamasında dekabrın 25-də ikinci dəfə 75 min nəfərə və şirkətə edilən ödənişlərin səhv ucbatından baş verdiyini bildirib.
Məlumata görə, yatırılan məbləğin böyük hissəsinin rəqib banklardakı hesablara yatırılmasını təmin etmək cəhdləri bank personalının işlərini çətinləşdirib.
"Təəssüf edirik ki, texniki nasazlıq səbəbindən korporativ müştərilərimizdən bəzi ödənişlər təsadüfən alıcıların hesablarına köçürülüb. Heç bir müştəri zərər çəkməyib. İngiltərədəki bir çox bank yaxın günlərdə səhvi aradan qaldırmaq üçün çalışacaq", - bankın açıqlamasında deyilir.