Azərbaycanda qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən olan emal sənayesində bu ilin ilk 2 ayında ötən ilin müvafiq dövrünə nisbətən 26,5% artım olub.
Teleqraf.com-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviter səhifəsində bildirib.
"Qeyri-neft emal sənayesində isə 27% artım qeydə alınıb", - nazir yazıb.