Avropa Parlamentinin (AP) plenar iclasında kişi və qadın işçilərə “bərabər iş üçün bərabər maaş” verilməsini təmin edən yeni qaydaları ehtiva edən tənzimləmə səs çoxluğu ilə qəbul edilib.
Teleqraf.com xəbər verir ki, Avropada kişi və qadın işçilər arasında 13 faiz maaş fərqi var.
Yeni qaydalar işçilərin maaşlarını müqayisə etmələrini asanlaşdıracaq. Şirkətlər gender maaş boşluqlarını aşkar edən məlumatları açıqlamalıdırlar.
İşçilərin öz iş kateqoriyası üzrə əməkhaqqı barədə məlumat almaq hüququ olacaq, əməkhaqqı ilə bağlı məxfilik isə qadağan ediləcək.
Bərabər iş görən kişilər və qadınlar üçün bərabər əməkhaqqı prinsipi məcburi tədbirlərlə gücləndiriləcək.