16 May 2023 16:51
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) təbii qazın birgə alınması üçün üzv dövlətlərin qurduğu yeni mexanizm çərçivəsində ilk təklifləri toplayıb.

Teleqraf.com xəbər verir ki, Aİ Komissiyasının vitse-prezidenti Maros Şefçoviç birgə qaz alışına bazarlardan müsbət reaksiyanın olduğunu bildirib.

“Etibarlı beynəlxalq təchizatçılar cəmi 11,6 milyard kubmetr təbii qaz tələbimizə 13,4 milyard kubmetrdən çox tədarük təklifi ilə cavab verdilər. Bu, əhəmiyyətli uğurdur. Avropa ölkələri gələcək qış dövründə qaz çənlərini birlikdə doldurmağa çalışacaqlar. Toplu sorğumuza təklif verən 25 təchizatçıya təşəkkür etmək istərdim”, - deyə Şefçoviç bildirib.

O, Aİ-nın ortaq qaz alqı mexanizmində 110-dan çox şirkətin iştirak etdiyini bildirib: “Sistem iştirakçılarına uyğun nəticələr haqqında məlumat verdik və müqavilə danışıqlarına başlayacağıq. Ümumi həcm 10,9 milyard kubmetr təşkil edir, bunun təxminən 20 faizi mayeləşdirilmiş təbii qaz (LNG), 80 faizi isə boru kəməri qazıdır”.

Şefçoviç təbii qaz üçün ödəniləcək məbləği açıqlaya bilməyəcəyini də əlavə edib.

Qeyd edək ki, Aİ keçən həftə ilk qaz alqı-satqı tenderini başladıb və Avropadan 77 şirkət 2024-cü ilin may ayına qədər ümumi həcmi 11,6 milyard kubmetr olan qaz almaq üçün müraciət edib.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ildə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edirdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər