SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası daha 5 rayonda keçiriləcək.
Teleqraf.com xəbər verir ki, aksiyalar növbəti həftə iyunun 19-u, 20-si, 22-si və 24-ü tarixlərində vətəndaşların ixtiyarına veriləcək.
Aksiya həftənin 1-ci günü saat 10:00-dan 11:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü saat 15:00-dan 16:00-dək Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 10:00-dan 11:00-dək Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 10:00-dan 11:00-dək Qazax rayonunda (Mərkəzi Xəstəxananın yanı), 6-ci günü saat 10:00-dan 11:00-dək Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.