ABŞ-ın maliyyə naziri Canet Yellen bu həftə yüksək səviyyəli rəsmilərlə görüşmək üçün Çinə gedəcək.
Teleqraf.com ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Yellen 6-9 iyul tarixlərində paytaxt Pekinə səfər edəcək.
Bəyanatda xatırladılıb ki, Yellenin Çinə səfəri ABŞ Prezidenti Co Baydenin noyabr ayında Prezident Si Cinpin ilə ABŞ və Çin arasında qlobal iqtisadiyyat və maliyyə hadisələri də daxil olmaqla bir sıra mövzularda ünsiyyəti dərinləşdirmək üçün keçirdiyi görüşdən sonra həyata keçirilir.
Nazirlikdən verilən məlumata görə, Yellen dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətlərin məsuliyyətli idarə olunmasının, narahatlıq doğuran sahələr haqqında birbaşa ünsiyyətin və qlobal çağırışların həlli üçün birgə işləməyin vacibliyini müzakirə edəcək.
Bəyanatda iqlim dəyişikliyi və borc problemləri kimi qlobal problemlərdə əməkdaşlıq üçün səylərin göstərildiyi bildirilib.