21 Sentyabr 2023 13:52
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon manat, xərcləri 36 milyard 355 milyon manat müəyyən olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

2024-cü il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 60 ABŞ dolları səviyyəsində nəzərdə tutulur. Bu, 2023-ci illə müqayisədə eynidir.

Gələn il manatın dollar qarşısında məzənnəsi isə 1,7 manat səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, cari ildə dövlət büdcəsinin gəlirləri 33 milyard 890 milyon 500 min manat, xərcləri 36 milyard 624 milyon 800 min manat məbləğində təsdiq edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər