12 Mart 2015 17:12
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi nazirliyin Bakı şəhəri, Heydər Əliyev prospekti 105 ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində 31 mərtəbəli inzibati binasının tikintisi üzrə görüləcək işlərin yerinə yetirilməsinin satın alınması üçün açıq tender elan edib.

Teleqraf.com-un məlumatına görə, tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə, yazılı surətdə AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Məlumata görə, tender təklifi zərfləri aprelin 30-da yuxarıda qeyd olunan ünvanda açılacaq. Tenderdə iştirak etmək üçün iddiaçı müvafiq sənədləri təqdim etməlidir. Sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olunmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 1 200 (min iki yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürərək ödəniş sənədinin surətini təqdim etməlidir. İştirak haqqı heç bir halda geri qaytarılmır. Tender təklifi və tender təklifinin təminatı 29 aprel, saat 18:00-a qədər AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanında yerləşən Vergilər Nazirliyinə təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Naibə QURBANOVA


Müəllif: