11 Sentyabr 2015 23:12
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin avqust ayında ümumilikdə 98430 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Teleqraf.com-un məlumatına görə, həmin vəsaitin 80847 manatı (82,1 faiz) əmək haqlarından, 15492 manatı (15,7 faiz) sosial müavinət və kompensasiyalardan, qalanı isə zərərə görə ödənclərdən ibarət olub. Son bir ayda ödənilməsi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği ötən ilin avqust ayı ilə müqayisədə 4,2 dəfə, o cümlədən əmək haqları üzrə 4,2 dəfə, sosial müavinət və kompensasiyalar üzrə isə 8,9 dəfə çox olub.

Ümumilikdə DƏMX-in həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində cari ilin yanvar-avqust aylarında 602525 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu dövrdə DƏMX işdən qeyri-qanuni şəkildə azad edilmiş 16 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını da təmin edib.

Naibə QURBANOVA


Müəllif: