Teleaparıcı Hacı Nuran Polad Bülbüloğlunun oğlu, gənc dirijor Murtuza Bülbüllə Motsartın ev muzeyində olub.
Teleqraf.com xəbər verir ki, Almaniyada keçirilən Qut-İmmlinq Opera sənəti festivalında iştirak edən Opera və Balet Teatrımıza dəstək olan Hacı Nuran məşhur bəstəkarın ev muzeyini ziyarət edib. Aparıcı muzeyin qarşısında gənc dirijor Murtuza Bülbüllə birgə çəkilən fotosunu instaqram hesabından paylaşaraq yazıb: “Murtuza Bülbül və mən dahi Motsartın ev muzeyində... Avstriya... Salzburq”.
Pərvin