20 Sentyabr 2016 11:44
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əməkdar artisti, tanınmış teleaparıcı, MGP (M Group Production) şirkətinin prezidenti Murad Dadaşov oğurluqla üzləşib.

“Report”un xəbərinə görə, polisə müraciət edən M.Dadaşov bildirib ki, Bakı şəhəri, Səbail rayonu, İçərişəhər ərazisində layihə rəhbəri olduğu filmin çəkilişləri zamanı aktyorların istifadə etdikləri paltarlar və milli geyimlər naməlum şəraitdə oğurlanıb.

Polis fakt üzrə araşdırma aparır.

Məsələ ilə bağlı M.Dadaşovun özündən münasibət öyrənmək mümkün olmayıb.


Müəllif:

Oxşar xəbərlər