Ancelina Coli ilə boşanma ərəfəsində olan Bred Pit depressiyaya düşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 52 yaşlı aktyor bu müddətdə atasından və anasından dəstək alır. Altı uşağının himayədarlığını Coliyə vermək məcburiyyətində qalan Bred bütün günü evdə oturur.
Yaxınları deyir ki, valideynlərindən dəstək alan, tez-tez onlarla görüşən aktyor bir neçə dostu və menecerindən başqa heç kimi evinə buraxmır.