Məşhur sənətçi Mahsun Kırmızıgül həyat yoldaşı Ece Binayla birlikdə paparatsilərə görüntülənib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, uzun müddət mətbuatda görünməyən Kırmızıgül həyat yoldaşıyla restorandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb: “Ece xanımla təkbətək yemək yedik, xüsusi bir gün deyil”.
Sənətçi Amerikada dünyaya gələn qızları Lavindən də danışıb: “Gec olduğu üçün özümüzlə gətirmədik. Evdə yatır”.
Mahsun Kırmızıgül Kappadokiyada çəkdiyi “Vezir Parmağı”ndakı roluna görə saxladığı bığı ilə diqqət çəkib.
Rəqsanə