ABŞ-ın Texas ştatında "HITS 105" radiosunda dünyaca məşhur müğənni Madonnanın mahnılarının səsləndirilməsi qadağan olunub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Madonnanın ABŞ prezidenti Donald Trampı təhqir etməsi olub.
Radio rəhbərliyi bəyan edib ki, qadağa qeyri-müəyyən müddətdə davam edəcək. Bəyanatda Madonnaya ABŞ prezidentinə qarşı mövqeyini bir daha nəzərdən keçirmə çağırışı edilib.
Qeyd edək ki, bir müddət öncə Donald Trampın ətrafı ABŞ prezidentini təhqir etdiyinə görə Madonnanın həbs edilməsini istəmişdi.
Elvin