Müğənni Cennifer Lopez keçmiş sevgilisi, rəqqas Kasper Smartla görüşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, keçən yay Kasperin növbəti xəyanətindən sonra ayrılan ikili Qərbi Hollivudda görünüblər. Onlar Cey Lonun rəfiqəsi Lia Remininin ad günü partisində bir araya gəliblər.
Dost kimi ayrılan ikili bir-birləri ilə adi qaydada salamlaşıblar. Şahidlərin dediyinə görə, hələ də Cenniferə aşiq olan Kasper onunla öshbət etmək üçün imkan axtarıb.
Qeyd edək ki, C.Lopez hazırda ifaçı Dreyklə sevgilidir.