Ötən gün Yılmaz Ərdoğanın monotamaşasını izləməyə gələn müğənni Sezen Aksu qəribə davranışı ilə gecəyə damğa vurub.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, müğənni avtomobil dayanacağına miniavtobusu ilə gəlsə də jurnalistləri görüb, tamaşa salonuna girmək fikrindən vaz keçib.
Uzun müddət jurnalistlərin ordan çəkilməsini gözləyən müğənni məsələnin telefon vasitəsilə aradan qaldırılmadığını görüncə, məkanı tərk edib. Təşkilatçıların bütün səylərinə baxmayaraq müğənni geri qayıtmayıb.
Pərvin