Əməkdar artist, müğənni Ruhəngiz Allahverdiyeva görkəmli sənətkar Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunan tədbirdə sənət adamlarına səslənib.
Teleqraf.com xəbər verir ki, tədbirin sonunda söz istəyən əməkdar artist Eldəniz Zeynalovun uzaq qohumu olduğunu və ailəsini yaxşı tanıdığını bildirib: "Eldəniz Zeynalov Azərbaycan teatr və kino tarixində qalan sənətkardır. Bizim ona həm də qohumluğumuz çatır. Bu gün onun oğlu Məhəmmədin vəziyyəti ağırdır.
Mən sizlərdən heç nə ummuram. Çünki hamınız sənət sahibisiniz, maaşa baxan insanlarsınız. Sizin də öz çətinliyiniz var. Bunu yalnız imkanlı insanlar etməlidir. Amma biz kiməsə ağız açıb, xahiş edə bilərik".
Nərmin