Müğənni-bəstəkar Emin bir neçə gündür Bakıya gəlib.
Alınan məlumata görə, ifaçı yeni klipini burada lentə aldırıb. “Naçistatu” (“Açıq”) adlanan mahnıya çəkiləm ekran işinin təqdimatı Yurmalada keçiriləcək “Yeni dalğa 2014” müsabiqəsində baş tutacaq.
Bəstənin sözləri İqor Nikolayeva, musiqisi isə İqor Krutoya məxsusdur. Yeni klipindən fotoları İnstaqram səhifəsində paylaşan Emin izləyicilərinə sual da ünvanlayıb:
“Necə düşünürsünüz, klipdə əsas obrazı kim canlandırıb?”.
Qeyd edək ki, Emin bu gün “Yaşıl Teatr”da konsert verəcək.
/axşam.az/