Teleqraf.com xəbər verir ki, sərgidə musiqili qonaq qismində Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvləri içərisində musiqiçilər Əkbər və Gülnar Rəhmanın övladı Nuray Rəhman da iştirak edib.
Bu barədə Teleqraf.com-a Gülnar Rəhman açıqlama verib:
“Nuray Astananın yerli televiziyalarına müsahibə verərək, Azərbaycanı bu sərgidə təmsil etməsinin onun üçün çox xoş olduğunu vurğuladı. “Yaşasın Azərbaycan! Yaşasın Qazaxıstan!” kəlmələri alqışla qarşılandı".
Gülnar Rəhman həmçinin bildirib ki, Nuray sərgidəki çıxışını uğurla başa vurub. Qazaxıstan Respublikasının prezidentinin qızı Aliyə Nazarbayevanın fondu Nuraya xüsusi diqqət göstərib.