29 İyul 2017 00:58
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Modelyer Şəlalə Maqsudova xalq artisti Aygün Kazımovanın onu hədələdiyini deyib.

Teleqraf.com bildirir ki, A.Kazımova modelyer Şəlalənin 9 ay əvvəl onun qızı İlqarə Kazımovaya tikdiyi paltarı geyinərək, çəkdirdiyi şəkli İnstaqram səhifəsində paylaşıb. Lakin paltarın dizayneri olaraq Şəlalə Maqsudovanın yox, Rüfət İsmayılın adını qeyd edib.

Bu isə Ş.Maqsudovanı özündən çıxarıb. O bildirib ki, bu hadisə ona pis təsir edib:

“Aygün Kazımovanın İnstaqram səhifəsini izləmirəm. İlqarə üçün tikdiyim paltarı sosial şəbəkədə paylaşdım. Mənə dedilər ki, Aygün xanım həmin geyimdə fotosessiya edib və şəklin altında başqa dizaynerin adını yazıb. Mənə ultimatum göndərirlər ki, bu paltarın şəklini öz səhifəmdən silim. Niyə öz əllərimlə tikdiyim paltarı paylaşmamalıyam? Niyə başqası mənim tikdiyim paltarı öz adına çıxmalıdır? Aygün Kazımovanın oxuduğu mahnını başqası oxusa və desə ki, mənimdir, ona necə təsir edər? Haqqıma girənlərə isə haqqımı halal eləmirəm”.


Müəllif: Könül

Oxşar xəbərlər