Məşhur Türkiyə modeli Çağla Şikəl ticarət mərkəzlərinin birində görüntülənib.
Teleqraf.com xəbər verir ki, jurnalistlər modelə keçmiş həyat yoldaşı Əmrə Altuğ ilə yenidən barışmaq istəyib-istəmədyini soruşublar.
Model isə cavabda artıq bu sualları soruşmaqdan yan keçməyi məsləhət bilib: “Bilirəm, boşanan cütlükləri tez-tez görüşən görmürsünüz, ancaq biz uşaqlara görə görüşürük. Bu da sizə qəribə gəlir. Bizim fərqimiz də elə budur. Ona görə ki, biz vaxtında ayrıldıq”.
Xatırladaq ki, 2015-ci ildə boşanan cütlüyün 2 oğlu var.