26 Dekabr 2017 01:11
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun zamandır musiqi dünyasından uzaq olan Eminem Yeni il qabağı fanatlarını sevindirib.

Teleqraf.com xəbər verir ki, reper Beyonsla oxuduğu "Walk on Water" ("Su üzərində yürüş") adlı mahnısına klip çəkdirib.

Klipdə Beyons görünməsə də, ekran işi maraqlı kadrları ilə diqqət çəkib.

Qeyd edək ki, 2013-cü ildən bəri yeni sinql buraxmayan reper bu yaxınlarda 19 mahnıdan ibarət "Revival" adlı albom çıxarıb.


Müəllif: Teleqraf.com