İbrahim Tatlısəslə birgə işləyirdik. Lakin bir gün o, mənim adımı afişadan sildirdi.
Teleqraf.com xəbər verir ki, bunu tanınmış türkiyəli aktrisa Hülya Avşar canlı yayımda İbrahim Tatlısəsin onu işsiz qoyması barədə danışarkən deyib:
“Həmin gecə İbrahim Tatlısəs mənim yerimə Sibel Canı işə götürdü. O gecə işsiz qaldım, çox ağladım. Sibel Cana qarşı nifrət hissim yaranmışdı. İşsiz qaldığım müddətdə Müəzzəz Abacı məni öz yanında işə götürdü. Onunla birgə çalışmaq mənə qürur verirdi”.