12 Mart 2018 14:20
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova, aparıcı Nərgiz Cəlilova və müğənni Nigar Camal Elnur Hüseynovun “Say Hallelujah” adlı klipinin təqdimat gecəsində iştirak edib.

57 yaşlı aparıcı N.Cəlilova təqdimata qara rəngli kişisayağı kostyumda gəlib. Hər zaman seksual və açıq-saçıq obrazlarda görməyə alışdığımız 47 yaşlı Xalq artisti son illərin trendi olan pijamasayağı qara ipək geyimi ilə diqqət çəkib. Nigar Camal isə gecəyə uzun və zərli libasda təşrif buyurub. Tanınmışların hər üçü dərin sinə dekolteləri sayəsində göz qamaşdırıb.

Nərgiz Cəlilovanın sinə dekoltesinə taxdığı ulduz broşu obrazının tamamlayıcısı olub. Aygün Kazımova qara rəngin təsirini azaltmaq üçün işi yaşıl daşı olan aksessuarlarından istifadə edib.

Bu yaxınlarda ciddi kişi kostyumunda fotolar çəkdirən Aygün Kazımova bu imici haqqında danışıb:

“Qadın istəsə, istənilən paltarda, hətta kişi kostyumunda da seksual görünə bilər. Kişisayağı geyimlərdə özümü çox rahat hiss edirəm, bu tərzə tez-tez müraciət edəcəyəm. Belə geyimləri sevirəm, tamaşaçıların reaksiyasının necə olacağı, necə qəbul edəcəyi mənim üçün maraqlı idi. Anladım ki, hər kəs çox bəyənib. Əməyimizi qiymətləndirən hər kəsə təşəkkür edirəm"./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər