26 Mart 2018 00:02
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Yaşar İpək sevgilisi Seren Serengilə şok evlənmə təklifi edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yaşar İpək təklifi konsert verdiyi səhnədə səsləndirib:

"Məni səhnəyə çağırdı. Elə bildim ki, birgə mahnı oxuyacağıq. Məcbur qalıb səhnəyə çıxdığıma görə əsəbləşdim. "Nə edirsən" deyib üzüyü uzadanda bunun plan olduğunu anladım. Həyatımın ən unudulmaz anı idi. Utandığımdan nə edəcəyimi bilmədim, amma çox xoşbəxtəm".


Müəllif: Sara

Oxşar xəbərlər