Nadir Qafarzadə erməni Anjelikanın paylaşdığı videoya sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, müğənni onun paylaşımını səhifəsində yerləşdirərək qəzəbləndiyini bildirib:
“Utanmaz-utanmaz yazıb ki, erməni xalq mahnısı... Oğurluq bunların alnına və taleyinə yazılıb. Bu, sizin mahnınız deyil, türk xalq mahnısıdır”.
Qeyd edək ki, Anjelika Abramyan adlı erməni qız “Maral” mahnısının erməni dilində oxunan versiyasını səsləndirib və rəqs edib. Vizajit kimi fəaliyyət göstərən Anjelika görüntünü İnstaqram səhifəsində paylaşıb və “Maral”ı erməni mahnısı adlandırıb.