13 Sentyabr 2018 10:28
3 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision – 2014” təmsilçimiz Dilarə Kazımova şəxsi həyatından danışıb.

İfaçı Teleqraf.com-a açıqlamasında bildirib ki, hazırda evlilik təklifləri alır, amma həyatında kimsə yoxdur:

“Mənim gözlərim daim parıldayır. Bu, sevgidən deyil. Düşünürəm ki, qadının hər zaman gözü parıldamalıdır. Brilyant kimi olmalıdır. Hazırda mənim ürəyim boşdur. Yalnız sənətimi düşünürəm. Daim mənə sevgi etirafları edirlər. Şəxsi həyatımdan çox danışmaq istəmirəm. Evlilikdən də qorxmuram. Düşünürəm ki, insanın qarşısına ürəyincə olan bir insan çıxmalıdır”.

“Evli bir kişini sevə bilərsinizmi?” sualına müğənni bu cür cavab verib: “Bilmirəm. Bu, çox çətin sualdır. Məndə elə bir hiss yoxdur ki, nəyisə öncədən görüm. Belə bir deyim var: Heç vaxt “heç vaxt” demə. Elə ona görə də indidən evli kişi ilə ailə qurmağa yox demirəm”.

Dilarə Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər