1 Oktyabr 2018 10:08
2 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova özünə ad günü edib.

Paytaxt məkanlarının birində keçirilən məclisə ifaçının yaxın dostları qatılıb.

Gecəyə dəvət olunan məşhurlar musiqi hədiyyələrini təqdim ediblər.

Günel Ələkbərova özəl günü ilə bağlı təəssüratlarını Teleqraf.com-la bölüşüb: “Əslində ətrafımda olan tanışlarım bilir ki, mən ad günümü təmtəraqlı qeyd etməyi sevmirəm. Amma bu il o ənənəmi qırmaq qərarına gəldim. Çünki bir çox rəfiqələrim, dostlarım ad günü etməyimi istədilər. Ona görə də elə 2-3 gün ərzində restoran danışdım və ad günü etdim.

Doğum günümdə özümə ən böyük arzum can sağlığıdır. Canım sağ olsa, bütün çətinliklərə sinə gərəcəm. Şükürlər olsun ki, Allah məni bir çox arzularıma çatdırıb”.

Qeyd edək ki, müğənninin ad gününə əməkdar artistlər Nüşabə Ələsgərli, Vasif Məhərrəmli, Mehriban Xanlarova, Səlim Abbasov, müğənnilər Manaf Ağayev, Aynur Dadaşova, Emil Bədəlov, Yaşar Yusub, Şəbnəm Qəhrəmanova, Talıb Tale, rəqqasə Renka, stilistlər Samiraldo, Rəşad Əliyev və başqaları gəlmişdi.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər