1 Noyabr 2018 10:59
5 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu ( Əsədova ) birinci həyat yoldaşından danışıb.

Teleqraf.com-un məlumatına görə, “Bizimləsən” verilişinə qonaq olan ifaçı keçmiş həyat yoldaşı barədə bu sözləri deyib:

“Ailədə anlaşılmazlıq ola bilər. Biz düşməncəsinə ayrılmamışıq. Bəlkə də, qızımız olmasaydı aramızda “salam- sağ ol” olmayacaqdı. Bu gün ona salam verməsəm də bilirəm qızımla nəfəs alır. Hər ikisi bir-birini çox istəyir. Mənim borcumdir ki, onların münasibətinə şərait yaradım.

İndiki həyat yoldaşım da qızıma deyir ki, Günel, o sənin atandır. Beş ildir həyat yoldaşım Güneli əlinin içində saxlayır”.

Qeyd edək ki, müğənninin ilk evliliyindən bir qızı, 2-ci evliliyindən isə bir oğlu var.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər