Müğənni Şəbnəm Tovuzlu (Əsədova ) Türkiyəyə istirahətə yollanıb.
Bu yaxınlarda yeni layihəsini təqdim edən ifaçı Teleqraf.com-a açıqlamasında bildirib ki, qardaş ölkəyə səfəri həm də yaradıcı işi ilə bağlıdır: “Bu səfərim həm ziyarət, həm ticarət oldu. İş hər zaman var. Arada istirahət də lazımdır. Hər iki işi bir yerdə etmək mümkündür. İnşallah, yaxın günlərdə Bakıya qayıdacam. Yeni layihəmi təqdim edəcəm”.