Yalan Allah qarşısında ən ağır günahlardandır. Həqiqəti qəbul etmək üçün qərəzsiz olmaq lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədə onun adından yalan məlumatlar yayılmasına münasibət bildirən xalq artisti Faiq Ağayev deyib:
“Sosial şəbəkələrdəki bir neçə əhəmiyyətsiz səhifə, ardınca da onların həyasız hayına uymuş bəzi Feysbuk və İnstaqram istifadəçiləri, vicdan, əxlaq, gerçəklik, ədalət və din-imanı unudub, məni ləkələmək üçün öz aləmlərində “hücum”a keçiblər.
Əllərində yellədikləri quldur bayrağı da 7 avqust 2018-ci il tarixində dərc etdiyim statusdan qopardıqları və “mahircəsinə” ixtisar etdikləri bu kəlməmdir: “Gün gələcək ... (ixtisar) ermənilərlə ünsiyyətimizi bərpa edib, (ixtisar) əlaqələrimizi yenidən quracağıq”.
Haqqıma girmək beləmi asan gəlir sizə?”
Faiq Ağayev sosial şəbəkədə təhrif edilərək yayılmış məlum paylaşımının tam mətnini də dərc edib:
“Cəsarətiniz çatsın, tam mətnlə tanış olun. Gerçək odur ki, öz tuluğunun zəhərində boğulan, cəmiyyətimiz üçün geridönməz itirilən bu azsaylı şəxslər də xalqımın nümayəndələridir. Bu bəla ilə nə etməli? - əsas məsələ budur”.
Sözügedən statusun skrinşotunu təqdim edirik: