26 Avqust 2014 15:19
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti yay günlərində bir çox sənət adamları yaradıcılıq işlərinə fasilə verib, istirahətə yollanırlar.

Teleqraf.com tabloid.az-a istinadən xəbər verir ki, müğənni Xatirə İslam da hazırda tətildədir. O, əksər həmkarları kimi Antalyaya, Maldiv adalarına, “məhəbbət adası” adlandırılan Baliyə deyil, Çinə yollanıb. O, bu haqda “İnstagram” bloqunda yaydığı foto və qeydlərində bildirib.

Sözümüzün canı o deyil. Xatirə İslam “İnstagram”da yerləşdirdiyi fotolardan birində “Balabala” adlı geyim mağazasının şəkillərini paylaşaraq, bu sözləri yazıb:

“Çində “Balabala” mağazası. Ay camaat, Çində bir nəfər də ingilis dilini bilmir. Biabırçılıq...”

X.İslamı izləyənlər şəkil və qeydlə bağlı münasibətlərini bildiriblər. Onlardan bəziləri Xatirə İslamdan ingilis dilini bilib-bilmədiyi ilə bağlı suallar veriblər. Onların arasında Xatirəyə ironiyalı atmaca atanlar da tapılıb.

Xatirə İslam isə yazılan şərhlərə aqressiv cavablar verib:

“Ay qoyuna bənzər adam, turist şəhərində turistlərə xidmət edən personal dilləri bilməlidir. Ay bəzi qanmazlar”.

Müğənnini izləyənlər isə “İnsanları təhqir etməyin! Sadəcə, hər kəs öz fikrini bildirir! Niyə təhqir edirsiniz ki?!”, “Xatirə xanım, sizdən heç gözləməzdim. Belə aqressivlik sizə yaraşmır”- şərhlərini yazıblar.

Xatirə İslam da yazılanlara cavab verib:

“Yazdıqlarımı diqqətlə oxuyub, bilmək olar ki, sözlərimi kimlərə deyirəm. Burada durub, 60 min adama SMS yazası deyiləm. Özü də ki, mən sıradan mağazanın sadəcə, şəklini çəkmişəm. Ümumiyyətlə, hər yeri nəzərdə tuturam ki, ingilis dilinin işlənməsi vacibdir. Rədd ol, girmə bura”.


Müəllif:

Oxşar xəbərlər