26 Dekabr 2018 14:56
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın şou”nun iştirakçıları media nümayəndələri ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, aktyor-aparıcı Sərxan Kərəmoğlu bildirib ki, onun yeganə dəstəkçisi tamaşaçılardır.

O daha sonra vayner-aktyor Mənsur Şərifdən danışıb: "Mənim reklama ehtiyacım yoxdur. Sponsora güvənsəydim, burada canımı qoymazdım. Mənsur müsbət xarakter yaratmışdı. Amma oyunçu deyildi. Ona çox adam dəstək çıxdı, amma mənim də getməyimi istəmirdilər. Mənə dəstək olmalarının qarşısını aldım.

Vay-faydan istifadə edənləri qınamadım, təhqir etmədim. Mən də hansısa restoranda olanda vay-faydan istifadə edirəm. Mənsurla mübarizədə küçə mədəniyyəti ilə televiziya mədəniyyətinin mübarizəsi getdi. Televiziya mədəniyyəti qalib gəldi. Mənsur məni hədəf seçməsəydi, indi oyunda qalardı".

Sərxan oyundan uzaqlaşdırdığı Taleh Yüzbəyovdan söz açıb: "Xalqdan hər dəfə səs istəyə bilmərəm. Xalqa nə vermişəm ki, ondan səs istəyim? Elə bir oyunçunu çıxardım ki, ləyaqətli, peşəkar, amma şouya qatılmayandır.

Onu gözəl yola saldım, get otur evdə. Oyun oynayanları sevir, oynamayanları yox".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər