1 Fevral 2019 10:35
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zülfiyyə Xanbabayeva sosial media hesabında yeni paylaşım edib.

Teleqraf.com xəbər verir ki, o, fotonun şərh bölməsini ürək sözlərini yazmağı da unutmayıb.

"Həyat gözəldir. Və sevinirəm ki, məhz bu həyatı yaşayıram. Maraqlarımı, istəklərimi sevirəm. Bu havanı sevirəm. Həyatımı bağladığım, həm kədərimi, həm sevincimi bölüşdüyüm, bütün hisslərimi ifadə etdiyim musiqini çox sevirəm. Yaxınlarımı, dostlarımı, ailəmi isə lap çox sevirəm. Həyatda olan sonsuz gözəllikləri görməyimi, ürəyimdən gələnləri etməyimi, kimin üçünsə bəlkə anlamı olmayan, amma məni xoşbəxt edən anları sevməyimi sevirəm. Sevməyin özünü sevirəm!" deyə, Xanbabayeva yazıb.

Qeyd edək ki, sənətçi sosial mediada gec-gec paylaşım edən sənətçilər sırasına daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər