Əməkdar artist Aygün Bəylər “Düşündüm” adlı mahnısını təqdim edib.
Teleqraf.com-un qafqazinfo-yaməlumatına görə, söz və musiqisi bəstəkar Tural Bayraməliyevə məxsus olan bəstə bir müddət öncə sənətdən uzaqlaşdığı barədə xəbərlər yayılan əmkdar artistin sənətə dönüş nəğməsi hesab olunur. Mahnı haqda fikirlərini bölüşən bəstəkar mahnıya tezliklə klip çəkiləcəyini bildirib:
“Aygün xanımla işbirliyimiz “Getmisən” mahnısı ilə başlayıb, “Düşündüm”lə davam edir. Yeni əməkdaşlıq sözün əsl mənasında Aygün xanımı düşündürdü, özündə nəyi isə tapdı. Səsinin gözəlliyini mahnıya qatıb, tandemi tamamladı. Tezliklə mahnıya klip çəkiləcək. Ekran işi rejissor Natiq Novruzova həvalə edilib.”
Qeyd edək ki, bəstəkar Tural Bayraməliyev bu gün ailə həyatı qurur.