18 Mart 2019 23:28
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Aytən Səfərova doğum günü münasibətilə həyat yoldaşından aldığı hədiyyələrin fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, o, şəkilləri İnstaqram hesabına yerləşdirib.

Aytən fotoların başlıq hissəsinə bu sözləri yazıb:

"Canım həyat yoldaşımla bu gün ikimizin də doğum günüdür. Səhər gözlənilmədən həyat yoldaşından gözəl, üstü şehli güllər almaq qadın, ana olaraq unudulmaz və müqayisəolunmaz hisslər yaşadır. Allah ailəmizi və balalarımızı bəd nəzərdən, fitnə-fəsaddan, ikiüzlü "yaxınlardan", pisliklərdən qorusun".

Qeyd edək ki, Aytən Səfərovanın bir qız, iki oğul olmaqla, üç övladı var.


Müəllif: Teleqraf.com