Türkiyəli ifaçı Hadisə fanatını prokurorluğa şikayət edib.
Teleqraf.com xəbər verir ki, buna həmin şəxsin müğənniyə seksual xarakterli mesajlar yazması səbəb olub.
Sənətçi bildirib ki, gələn mesajlar onu ürküdür. Hadisə gələn mesajlara cavab vermədikdə isə sözügedən şəxs onun evinə məktub yollayıb.
Bildirilir ki, məktubda şeirlər və seksual xarakterli yazılar yer alıb.
Hadisə prokurorluğa müraciətində bildirib: “O məni izləyir, həyatımla bağlı bütün detalları bilir. Məşhur bir şirkətdə işlədiyini bildirən kartlar yollayır. “Yeni ildə Parisə getmişdin, məni kimlərlə aldatdın?”, “Sviter və qara ətək geyinirsən” deyə, mesajlar yazır”.