Müğənni Nadir Qafarzadənin türkiyəli kişilərə ərə gedən qızlarımızı tənqid etməsi həmkarı Nura Surini özündən çıxarıb.
İfaçı Qafarzadəyə iradını bildirib.
Suri “Yəqin ki, bir çox məmur övladlarının əcnəbilərlə ailə qurmasından xəbərsizsən. Çox dəxlisiz açıqlamalar verirsən” deyə, yazıb.
Qeyd edək ki, Nadir Qafarzadə əcnəbilərlə ailə quran azərbaycanlı xanımlar barədə bu sözləri işlətmişdi:
"Türkiyəli qadınların çoxu təkəbbürlüdür. Onların ailələrində ər arvaddır, arvad ər. Yəni qadının sözü daha keçərlidir. Türkiyəli kişilərin bizim qadınlarla evlənməsinə səbəb isə onların üzüyola olmasıdır. Yəni "qapazı vur, çörəyini əlindən al" məsələsi.
Bəzi sadəlövh "qızlarımız" fərq etməz, təki ər olsun deyə, gedirlər. Bir-iki ildən sonra qucaqlarında uşaq atılırlar. Hətta çoxundan uşağı alıb yola salırlar. Atalar yaxşı deyiblər, ucuz ətin şorbası olmaz. Yaxşılardan uzaq".
/axşam.az/