11 Sentyabr 2014 15:45
1 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Mila Kunis internetdə ən çox müzakirə olunan hamilə məşhur kimi tarixə düşüb.

Teleqraf.com xəbər verir ki, çox yaxında nişanlısı Eşton Kaçerlə birlikdə ilk övladlarına qovuşacaq 31 yaşlı aktrisanın hamiləliyi hər kəsə dərd olub.

Demək olar ki, hər gün haqqında xəbərlər çıxan Mila Kunis tarixin ən baxımsız və pinti hamiləsi kimi tənqid olunur. Bəziləri onun hamilə qaldığı gündən bu yana heç saçlarını da daramadığını deyir. Bəziləri isə bunu "dünyanın ən uzun hamiləliyi kimi" qiymətləndirir.

Büstqalter geyinmədiyinə görə də tənqid olunan Kunisin tərəfini saxlayanlar da az deyil. Onlar "hamiləliyin son dönəmləri hesab etdiyiniz qədər asan keçmir" deyə münasibət bildiriblər.

Uğur


Müəllif: